İŞİD-ın əhəmiyyətli adamı Suriyada məhv edildi

 

ABŞ Suriyada İŞİD lideri və əməliyyat planlayıcısı Əbdülhadi Mahmud Əl-Hacı Əlini öldürdüklərini bildirib.

Demokratikmusavat.com “Sabah” qəzetinə istinadla xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığından açıqlama verilib.

“ABŞ Mərkəzi Komandanlığı qüvvələri Yaxın Şərq və Avropada terror aktlarının planlaşdırılmasına cavabdeh olan İŞİD-in lideri və əməliyyatların planlayıcısı Əbdülhadi Mahmud Əl-Hacı Əlini öldürüb”,- açıqlamada qeyd olunub.

Əməliyyat yalnız ABŞ qüvvələrinin helikopter basqını ilə həyata keçirilib. Hücum İŞİD-in xarici rəsmiləri qaçırmaq planlarına dair əldə edilən kəşfiyyat məlumatlarının qiymətləndirilməsindən sonra edilib.

0.22926592826843