Kardiologiya institutunda aparılan yoxlama direktorun fəaliyyətini araşdırır?

 

Səhiyyə Nazirliyi tabeliyindəki Elmi-Tədqiqat Kardiologiya İnstitutunda yoxlamalara başlayıb.

Demokratikmusavat.com Oxu.Az-a istinadən xəbər verir ki, hazırda institutda monitorinqlər davam etdir. İlkin məlumata görə, institutun bazası, personal və xidmətlər bütünlüklə təftiş olunacaq.

Rəyi soruşulan ekspertlər yoxlama ilə bağlı qeyd edirlər ki, 2023-cü ildə Səhiyyə Nazirliyinin nəzarətinə verilmiş səhiyyə orqanlarında rəhbər şəxslərin fəaliyyəti araşdırılır. Yoxlamada əsas məsələ institut direktorunun vəzifəsinə uyğunluğunun öyrənilməsidir.

Faktı Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Mətbuat Xidməti təsdiq edib. Bildirilib ki, bu proses Səhiyyə Nazirliyinin keçid dövrü ilə əlaqədar fəaliyyətilə aparılır:

“Elmi-Tədqiqat Kardiologiya İnstitutu Səhiyyə Nazirliyinin tabeliyinə 2023-cü il yanvar ayının 1-dən verilib. Hazırda institutda Prezidentin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin bəndi rəhbər tutularaq qurumun cari vəziyyətinin müəyyən edilməsi ilə əlaqədar monitorinq aparılır. Yoxlama tək bizim institutda deyil, bizdən öncə daha iki institutda da aparılıb. Proses mərhələli şəkildə digər institutlarda da davam etdiriləcək”. 

Xatırladaq ki, bir müddət öncə Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşovanın təcrübəli həkimləri, professorları işdən uzaqlaşdırması, bəzilərini isə müxtəlif bəhanələrlə aşağı vəzifələrə təyin etməsi, eləcə də bir sıra digər ciddi nöqsanlarla bağlı məlumat yayılmışdı.

0.18147993087769