Qızdırması qalxan 5 aylıq körpə həyatını itirdi

 

 

Gəncədə 5 aylıq körpə vəfat edib.
Hadisə şəhər xəstəxanalarından birində baş verib. 2022-ci il təvəllüdlü M.Məmmədovanın qızdırması qalxıb və o, valideynləri tərəfindən xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, 5 aylıq qız xəstəxanada ölüb.

Körpənin həm də qan xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Ölüm faktı ilə bağlı araşdırma aparılır.

0.15791010856628