Pasxa bayramı zamanı dəhşətli hadisə: 6 yaşlı uşaq öldü

 

Fransanın şərqində yerləşən Anse şəhərində 6 yaşlı qızın başına xaç düşərək ölüb.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, Anse şəhərindəki xristian icması Pasxa bayramı üçün kilsəyə toplaşıb.

Kilsədə ziyarətçilər üçün ayrılmış ərazidə pəncərə önündə oynayan kiçik qızın başına 2 metr uzunluğunda taxta xaç düşüb.

Başından ağır xəsarət alan 6 yaşlı qız aparıldığı xəstəxanada ölüb.

Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.

Günay

 

0.20938301086426