Əli Əsədov Rusiyanın Baş nazirinə başsağlığı verib

 

Azərbaycanın Baş naziri Əli Əsədov rusiyalı həmkarı Mixail Mişustinə ötən gecə “Krokus siti holl”da törədilən terror aktı ilə bağlı başsağlığı verib.

Nazirlər Kabinetindən Ölkə.Az-a verilən məlumata görə Ə.Əsədov baş verən hadisə nəticəsində çoxlu sayda ölən və yaralanın olması xəbərindən kədərləndiyini bildirib.

Ə.Əsədov həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.

0.16299200057983