Putin: Rusiyanın regionlarına hücum planlaşdırılır, səbəb isə…

 

Rusiya Prezident Vladimir Putin son günlərdə Ukraynanın Rusiyanın bölgələrinə aktivləşən hücumlarının səbəblərini açıqlayıb. 

Demokratikmusavat.com xəbər verir ki, Putin “Onların hədəfi bəllidir: ya prezident seçkilərini pozmaq, ya da danışıqlar prosesində üstünlük qazanmaq” iddiasında bulunub. 

“Ukraynanın bu hücumları ilə danışıqlar prosesində “kozır əldə etmək” istəyindən də irəli gələ bilər. Mənim heç bir şübhəm yoxdur ki, əsas məqsəd Rusiyada keçiriləcək prezident seçkilərini pozmağa cəhddir. Poza bilməsə belə, heç olmasa, vətəndaşların iradəsini ifadə etmə prosesinə hansısa formada müdaxilə etməkdir", - Putin bildirib.

Putinin son açıqlamaları göstərir ki, Rusiya Ukrayna ilə müharibəni uduzacağını hiss edir.

 

 

0.20980000495911