Moskva İrəvana Bakı ilə sülhə imkan verməyəcək, səbəbi də... - Erməni deputat

 

Rusiya Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa imkan verməyəcək ki, Moskva Cənubi Qafqazda mövqeyini qoruyub saxlasın. 

Ölkə.Az xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim partiyadan olan deputatı Qaqik Melkonyan deyib.

“Rusiya Cənubi Qafqazı tərk etmək istəmir. Zəngəzur dəhlizinin həsrətini çəkir. Mariya Zaxarova bildirir ki, noyabrın 9-dakı razılaşmaya əsasən ruslar Zəngəzur yoluna nəzarət etməlidir. 

Rusiya yenidən bölgədə hakim rolunda çıxış etmək istəyir ki, biz isə qul statusunda olaq”, - deyə Melkonyan bildirib.

Onun sözlərinə görə, Ermənistan artıq başa düşüb ki, alternativ axtarmaq lazımdır və o, artıq tapılıb. “Bir çox ölkələrlə, hətta silahlarla bağlı müqavilələrimiz var. Onların xoşuna gəlmir. Onlar daim Qərbi tənqid edirlər”, - erməni deputat bildirib.

Mürtəza
Ölkə.Az

0.153804063797