İsraildə ölən azərbaycanlıların sayı açıqlandı - SİYAHI

 

HƏMAS-ın hücumları nəticəsində həlak olan azərbaycanəsilli İsrail vətəndaşlarının sayı açıqlanıb.

Bu barədə Ölkə.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.

O bildirib ki, həlak olan azərbaycanəsilli şəxslərin sayı 7 nəfərdir.

Həlak olan 7 nəfərin adlarını təqdim edirik:

Şamil Abbasov (İsrail vətəndaşı)

Emin Axundov (İsrail vətəndaşı)

İlkin Nəzərov (Azərbaycan vətəndaşı)

Lior Əzizov (vətəndaşlığı dəqiqləşdirilir)

Roman Gandel (İsrail vətəndaşı)

Eden Abdullayev (İsrail vətəndaşı)

Emil Samuyelov (vətəndaşlığı dəqiqləşdirilir).

 

0.1570029258728