Üç qardaş xalqın birliyi bərpa olunacaq - Lukaşenko

 

Ukraynada sülhün əldə olunacağına, belarus, rus və ukrayn xalqlarının birliyinin bərpa olunacağına əminəm.

"Ölkə.az" xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Pasxa bayramı münasibətilə Orşadakı Müqəddəs İlya kilsəsini ziyarəti zamanı deyib.

“Mən tam əminəm ki, dualarımızla xalqlarımızın bir yerdə olacağı dövrlərə qayıdacağıq. Həqiqətən ümid edirik ki, bu işıqlı may ayı qardaş xalqımıza sülh bəxş edəcək. Və biz yenə də bütün bayramları əvvəllər olduğu kimi Dnepr sahillərində qeyd edəcəyik. Dnepr çayı və bu məbəd xalqlarımızı həmişə birləşdirib”, - Lukaşenko bildirib.

0.33074808120728