Güc və tarixi kontekst - Məmməd Talıblı

 

Güc daxildəki şəxslərə sərf ediləndə o hiddət, xarici qüvvələrə qarşı istifadə ediləndə isə rəğbət doğrur. Qubad bəy kimi bu ölkəni sevən və rifahı üçün çalışan bir tanınmış iqtisadçıya qarşı güc tətbiq olunanda bu kopud güc təsiri yaradır.

Lakin Erməniəsilli Rusiyalı milyarder Vardanyana həbs ediləndə buna dövlətin gücü kimi baxırıq. Daha sonra Davit Manukyan da həbs olunanda hamısının sırası gələcəyinin ümidi içimizdə boy atır. David Babayanın həbsi bu inamı bir az da artırdı. Zori Balayanın da həbsini eyni intizarla gözləyirik.

Bir var lümpeni həbs edəsən, bir var milyarderi. Bir var hərbi qruplaşamlarda döyüşən əsgəri əsir götürəsən, bir də var həmin hərbi qruplaşmanın başçısını qolubağlı və başıaşağı istintaqa cəlb edəsən.

Biz fərqli bir çağdaş tarixi mərhələni yaşayırıq. Müxtəlif münasibətlər mərhələsinə daxil olmuşuq. Sadəcə içində olduğumuz bir yaşantının duyğusallığını yaşayırıq. Tarixi kontekstin hələ ki, soyuqqanlı aspektlərinin tam təhlilini verə bilmirik.

"Demokratikmusavat.com"

0.14716792106628