İƏT-in nümayəndə heyəti Ağdamın Qarağacı məzarlığına və şəhidlər xiyabanına baş çəkiblər, səfər başa çatıb - FOTO

 
İƏT MDİHK nümayəndə heyəti işğaldan azad edilmiş Ağdam rayonun Qarağacı məzarlığına və şəhidlər xiyabanına baş çəkiblər.
 
APA-nın Qarabağ bürosu xəbər verir ki, Ombudsman aparatın əməkdaşları və İƏT MDİHK nümayəndə heyəti Ağdam rayonun Qarağacı məzarlığında və şəhidlər xiyabanında yerində monitorinq aparıb.
 
Qonaqlara məlumat verilib ki, işğal dövründə qəbiristanlıqlar erməni vandalları tərəfindən viran qoyulub. Qəbirlər qazılıb meyitlər təhqir olunub. Məzar daşları isə sökülüb ərazidən daşınıb. Əlavə olaraq bildirilib ki, işğaldan əvvəl şəhidlər xiyabanın ərazisində park olub. Burada daha çox Xocalıda şəhid olanlar dəfn olunub. Həmçinin milli qəhrəmanlarımızın da məzarı burdadır.
 
Nümayəndə heyətinin səfəri başa çatıb. Onların son ziyarət etdiyi məkan Cümə məscidi olub.

0.1957368850708