Daha iki erməni hərbçi öldü: ssenari quraşdırıldı

 

Erməni mətbuatı səhər saat 11 radələrində Sünik rayonunda (Qərbi Zəngəzur) baş verən qəzada iki nəfərin öldüyünü yazır. İddialara görə, Sünik Regional Xilasetmə İdarəsinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İrəvandan Gorus istiqamətində hərəkət edən avtomobilin sürücüsü ilə əlaqə saxlamaq mümkün olmadığı barədə məlumat daxil olub.

Demokratikmusavat.com xəbər verir ki, sentyabrın 2-də səhər saat 11:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarının mobil yerüstü idarəetmə stansiyasına endirilən zərbə zamanı avtomobildə iki nəfər olub.

Ermənistan hakimiyyəti siyasi ambisiyaları uğrunda həlak olan hərbçilərin ölümünü qəza kimi qələmə verərək yenə də öz itkilərini ört-basdır etməyə çalışır.

Demokratikmusavat.com

0.22411394119263