Misirdə ev uçub, nəticədə üç nəfər ölüb - FOTO

 

Misirin şimal-şərqindəki İsmailiyyə əyalətində üçmərtəbəli yaşayış binasının uçması nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb.

Məlumata görə, yaralılar xəstəxanaya çatdırılıblar. Fövqəladə vəziyyət zonasında xilasetmə əməliyyatı davam edir.

Dağıntılar altında hələ də yerli sakinlərin ola biləcəyi qeyd edilir.

 

0.18781208992004