İspaniyada seçkilər nəticə vermədi

 

İspaniyada keçirilən növbədənkənar ümumi seçkilərdən sonra yeni hökumətin formalaşması ilə bağlı qeyri-müəyyənlik yaranıb. 

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, ölkə yenidən seçkiyə gedə bilər.

Mühafizəkar Xalq Partiyası (PP) və ifrat sağçı Vox partiyasından ibarət olacağı gözlənilən sağçı blok 169 yer, hakim Sosialist İşçi Partiyası (PSOE) və Sumarı birləşdirən sol blok isə 153 yer qazanıb. Hökuməti sərbəst formalaşdırmaq üçün hələlik heç bir siyasi qüvvə parlamentdə mütləq səs çoxluğu əldə edə bilməyib.

İspaniyanın PP və PSOE liderləri bazar günü keçirilən ümumi seçkilərdə kifayət qədər yer əldə edə bilmədiklərindən ölkə administrasiyası çıxılmaz vəziyyətə düşə bilər. 

PP lideri seçkidə qalib gəlib. Lakin 2019-cu ildən daha pis nəticə göstərən ifrat sağçı Vox ilə koalisiya xəyalları puç olub.

 

0.28000712394714