Bəşər Əsədin oğlu Moskva Dövlət Universitetinin məzunu oldu

 

Suriya prezidenti Bəşər Əsədin oğlu Hafiz Əsəd M.V Lomonosov adına Moskva Dövlət Universitetində təhsilini başa vurub və fərqlənmə diplomu alıb.

Məlumata görə, Suriya liderinin oğlu Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alırmış və ikinci kurs magistratura təhsilini xarici tələbə kimi başa vurub.

Onun magistr işi riyazi və kompüter analiz metodları kafedrasının müdiri professor V.N.-nin rəhbərliyi ilə yazılmaqla Çubarikov və ədədlər nəzəriyyəsinə həsr olunub.

Bildirilir ki, Hafiz Əsəd diplomunu Moskva Dövlət Universitetində təhsilini başa vuran digər suriyalı tələbələrlə birlikdə alıb.
Məzunlara ali təhsil ocağının rektoru Viktor Sadovniçiy tərəfindən fərqlənmə diplomu ilə buraxılış sertifikatları təqdim olunub.

Qeyd edək ki, Suriyanın birinci xanımı Əsma Əsəd fəxri diplomların təqdim edilməsi mərasimində iştirak edib. O, Moskvaya Moskva Dövlət Universitetinin rəhbərliyinin xüsusi dəvəti, nümayəndə heyətinin müşayiəti ilə gəlib. Məzun mərasimi başa çatdıqdan sonra Suriyanın birinci xanımı universitetin rektoru və rəhbərliyi ilə şəxsən görüşərək söhbət edib.

0.27618002891541