Distant təhsili ölkəmizdə qadağan edən ETN hansı marağa görə "kölgə təhsili" olan repetitorluğu müdafiə edir? 

 

Dosent İlham Əhmədov yazır...

Azərbaycan təhsilinin ən böyük bəlalarından biri də kütləvi hal almış repetitorluq bəlasıdır. Bunu dərk etmək çətin iş deyil.
Təəssüf ki, ETN-nin rəhbərliyi bu bəlaya qarşı mübarizə aparmaq əvəzinə bunu müdafiə edir: "repetitorluq dünyanın çox ölkələrində var" kimi təhsil nazirinə yaraşmayan bəhanə gətirir.

Distant təhsil də dünyanın çox ölkəsində var, bəs bizdə niyə yoxdur? Bu təhsil texnologiyasının ölkəmizdə qadağan edilməsi səbəbi ilə universitetlərimiz, tələbələrimiz, ümumən təhsil sistemimiz çox ziyan görür, bu bağışlanmaz bir səhvdir.

Repetitorluğa öz fəaliyyətsizliyi ilə dəstək verən nazirliyin rəhbərliyindən soruşmaq istəyirəm: "Təhsil Qanunu"nda da rəsmi qeyd edilən distant təhsilə qeyri rəsmi qadağa qoyduğunuz halda, kölgə təhsili olan, ölkə təhsilini iflic edən repetitorluğu müdafiə etməyə Sizi hansı maraqlar vadar edir? Hər halda bu milli maraq deyil.

"Demokratikmusavat.com"

0.22061610221863