İspaniyada sel fəlakəti: məktəblər və universitetlər bağlandı

 

İspaniyada yağan leysan yağışlar ölkədə sel fəlakətinə səbəb olub.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində küçələri su basıb, bağçalarda, məktəblərdə və universitetlərdə dərslər dayandırılıb.

Yağışlardan ən çox zərər çəkən Mursiya, Valensiya və Əndəlüs muxtar vilayətləri olub.

İspaniya Milli Meteorologiya Təşkilatından (AEMET) verilən məlumata görə, yağışlar quraq yaz mövsümü keçirən ölkədə quraqlığın təsirlərini yüngülləşdirəcək.

Ölkədə baş verən daşqın nəticəsində ölən və ya xəsarət alan yoxdur.

Yağıntıların həftə ərzində təsirli olacağı gözlənilir.

Günay

0.23425006866455