Mixail Mişustin Li Qianq ilə danışıqlar aparıb

 

Rusiyanın baş naziri Mixail Mişustin bildirib ki, Rusiya və Çin hökumətləri mart ayında Çin sədri Si Tszinpinin Moskvaya səfəri zamanı əldə edilmiş razılaşmaları həyata keçirmək üçün artıq koordinasiyalı şəkildə işləyirlər.

Mayın 24-də Pekində Böyük Xalq Zalında Mişustin Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Qianq ilə danışıqlar aparıb.

Rusiya Federasiyasının Baş naziri vurğulayıb ki, bu gün Rusiya ilə Çin arasında münasibətlər “bir-birinin maraqlarına qarşılıqlı hörmət, beynəlxalq aləmdə artan təlatümlə bağlı yeni çağırışlara birgə cavab vermək istəyi ilə xarakterizə olunan görünməmiş yüksək səviyyədədir”.

Baş nazir bu il Rusiya ilə Çin arasında ticarət dövriyyəsinin 200 milyard dolları keçə biləcəyini də bölüşüb.

Şahnaz 

Demokratikmusavat.com

0.21992111206055