Səhv qapını döydü, başından güllələndi - VİDEO

 
ABŞ-da qardaşını götürmək üçün səhv qapını döyən 16 yaşlı Ralf Yarl vurulub.
 
Demokratikmusavat.com "Haberler.com"a istinadla xəbər verir ki, qapını açan şəxs qaradərili yeniyetmənin başına nişan alaraq iki dəfə atəş açıb.
 
Güllələrdən biri onun başına, digəri isə qoluna dəyib.
 
Ralf huşunu itirməmiş qonşu qapıya qaçmağı bacarıb. Lakin qonşular onun günahkar olduğunu düşünərək, kömək etməyiblər.
 
Ən az 3 qapı döydükdən sonra ona kömək ediblər.
 
Hücum edən şəxs həbs olunub.
 
Yerli polis rəsmiləri yaralı olaraq xəstəxanaya yerləşdirilən Yarlın həyati təhlükəsinin davam etdiyini açıqlayıb.
 
16 yaşlı qaradərili Ralfa edilən hücum bəzi sakinlər arasında qəzəb doğurub.
 
“Bu, sadə bir anlaşılmazlıq deyildi”, “nifrət cinayətidir” deyənlər küçələrə axışıb. 
 
Günay
0.44523191452026