Böyük Britaniya parlamenti Rişi Sunak haqqında araşdırmalara başladı

 

Böyük Britaniyanın baş naziri Rişi Sunak barəsində araşdırmalara başlanılıb.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, R.Sunakın həyat yoldaşının səhmdarı olduğu şirkətdə maraqların toqquşması ehtimalı və onun müvafiq maraq bəyannamə verib-verməməsi araşdırılır.
Araşdırma Böyük Britaniya Parlamentində siyasi etika məsələlərinə nəzarət edən komitənin sədrinin təşəbbüsü ilə keçirilir. 
Sunakın maraq bəyannaməsini “açıq və dürüst” edib-etmədiyi araşdırılır.

BBC baş nazirin həyat yoldaşının səhmdarı olduğu uşaq bağçaları zənciri ilə bağlı araşdırılma aparıldığını yazıb.

"Biz bu araşdırmada komissiya sədrinə kömək etməkdən məmnunuq", - baş nazirin ofisinin bəyanatında deyilir.

Qeyd edək ki, İngiltərədə açıqlanan son büdcədə, işləyən valideynlərə verilən uşaq baxımı dəstəyinin genişləndiriləcəyi qeyd edilib. Sunakın həyat yoldaşı Akşata Murtinin səhmdarı olduğu “Koru Kids” adlı körpələr evi şəbəkəsi dövlət dəstəyindən yararlana biləcək şirkətlər sırasındadır.

Maraqların toqquşması dedikdə, dövlət məmurunun öz vəzifə səlahiyyətlərinə əsaslanaraq maraq qazanması situasiyası nəzərdə tutulur.

Ötən ay Sunak parlament komissiyasında deputatların körpələr evi ilə bağlı suallarını cavablandırarkən həyat yoldaşının “Koru Kids” şirkətinin səhmdarı olduğunu açıqlamayıb.

Billurə

 

0.18508815765381