(AJT) Azad Jurnalistlər Təşkilatının loqosu 

 

Azad Jurnalistlər Təşkilatı (AJT) İdarə heyətinin ilk iclası keçirildi. İclasın gündəliyində Təşkilatın nizamnamə və loqosu yer alırdı. Günlərdir virtual olaraq müzakirə olunan hər iki məsələ ilə bağlı təkliflər eşidildi və yekun qərar qəbul edildi.  

Demokratik prinsiplərin ehtiva olunduğu nizamnamə ilə AJT daimi sədrliklə yox, dönəm sədrliyi ilə fəaliyyət göstərəcək…

Sonda qərara alındı ki, ən qısa vaxtda lazımı sənədlər hazırlansın və dövlət qeydiyyatı ilə bağlı Ədliyyə Nazirliyinə təqdim edilsin.

Xatırladaq ki, AJT ölkə jurnalistlərinin peşə fəaliyyəti ilə bağlı qarşılaşdıqları problemləri, eləcə də mediamızın inkişaf yollarını araşdırmaq və ictiamiləşdirməklə yanaşı, bu problemlərin həlli istiqamətində aidiyyatı dövlət strukturlarına təkliflər paketi təqdim etmək, müvafiq layihələr gerçəkləşdirmək kimi fəaliyyət istiqamətlərini hədəfləyib.

"Demokratikmusavat.com"

 

0.18451380729675