Azərbaycanın axtarışa verdiyi şəxs tutuldu

 

Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən İnterpol vasitəsilə beynəlxalq axtarışa verilmiş Balakən rayon sakini, 1982-ci il təvəllüdlü Həbib Əziz oğlu Kaltayev tutulub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, H.Kaltayev Rusiya ərazisində saxlanılıb.

Bildirilir ki, o, Azərbaycanın Cinayət Məcəlləsinin 283-1-ci maddəsi (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma) ilə ittiham edilir.

Qeyd edək ki, H.Kaltayev 2015-ci ildə idarə etdiyi “VAZ-2104” markalı avtomobillə ağır qəza törədib və 2 nəfər həyatını itirib. Həmin hadisəyə görə o, 7 il müddətinə azadlıdan məhrum edilib.
Həbsdən çıxdıqdan sonra H.Kaltayevin ölkədən çıxaraq xaricdəki silahlı birləşmələrə qoşulmasına şübhələr müəyyən edilib.

0.39855599403381