Rusiya məhkəməsi ABŞ-ın nəhəng bankı "JPMorgan"ın Rusiyadakı bank hesablarına həbs qoyulması barədə qərar qəbul edib .
"Ölkə.Az"ın məlumatına görə, bununla bağlı qərar Rusiyanın dövlət bankı "VTB"nin xaricdəki vəsaitlərini geri almaqla bağlı qaldırdığı iddiada verilib. Qərara əsasən, "JPMorgan"ın Rusiyadakı aktivlərinə həbs qoyulacaq.
Qərar "JPMorgan"ın müxbir hesabları və törəmə şirkətin adına açılan hesablar da daxil olmaqla bütün aktivlərini əhatə edəcək. Bank fondlarında saxlanılan qiymətli kağızlar və əmlaklar əhatə dairəsindən çıxarılıb.
"JPMorgan" isə ötən həftə Nyu-Yorkda qaldırılan iddia ilə "VTB"nin hesabında 439,5 milyon dolları geri qaytarmaq cəhdlərini bloklamışdı.
Könül
Ölkə.Az