ŞOK İDDİA: Messinin gənc yaşda geni dəyişdirilib

 

“Everton”, “Liverpul” və “Mançester Siti”nin sabiq yarımmüdafiəçisi Coi Barton Lionel Messinin futboldakı uğurları haqda danışıb.

"Ölkə.az" xəbər verir ki, Barton belə uğurun sirrini Messinin qəbul etdiyi dərmanlara bağlayıb.

“Mənim üçün Messinin adında böyük bir ulduz var, çünki o, boyuna təsir etmək üçün gənc yaşda steroid və başqa şeylər qəbul etməyə başlayıb.

Messinin gənc yaşda geni dəyişdirilmişdi, ona görə də adının yanında ulduz işarəsi olmalıdır.

Ona böyümə hormonu və böyüməsinə kömək edən hər cür dərman verildi. Bildiyimə görə, bunu başqa heç kim etməyib. Beləliklə, əgər onun təbii şəkildə böyüməsinə icazə versəydiniz, onda kifayət qədər böyüməz və indi etdiklərini edə bilməzdi”, – Bartonun sözlərini “Daily Mail” sitat gətirib.(publika.az)

0.14496207237244