Ötən ilin oktyabrında anklavda hərbi əməliyyatlara başlayandan indiyədək İsrailin hərbi əməliyyatları nəticəsində Qəzza zolağında 44 min 200-dən çox fələstinli həlak olub.
Demokratikmusavat.com “Report”a istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi teleqramda bildirib.
"İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 2023-cü ilin oktyabrından bugünədək 44 211 nəfərə yüksəlib, daha 104 567 nəfər yaralanıb", - deyilir.
Qeyd olunur ki, son 24 saat ərzində Qəzzada 35 fələstinli həlak olub, daha 94 nəfər yaralanıb.