Müharibədən sonra: "Qəzza planı" təqdim olundu - DETALLAR - FOTO

 

İsrail və ərəb ölkələrinin Qəzza zolağında müharibədən sonra nizamlanması planı “Qəzza 2035: böhrandan rifaha doğru. İranın proksiliyindən çıxarıb mötədil yerə çevirmək planı” adlanır.

Ölkə.Az xəbər verir ki, İsrail mediası "Ynet" modernləşdirilmiş Qəzza zolağının təsvirlərini dərc edib.

Sektorun ilkin bərpası və orada təhlükəsizlik zonalarının yaradılması layihəsində İsrail və ABŞ ilə birlikdə Misirlə yanaşı, BƏƏ və Səudiyyə Ərəbistanı, Bəhreyn, İordaniya və Mərakeşin də iştirak edəcəyi qeyd edilir. Bu mərhələ 12 ay davam edəcək.

5 ildən 10 ilə qədər davam edəcək ikinci mərhələdə İsrail təhlükəsizliyə nəzarəti əlində saxlayacaq, ərəb ölkələri isə yenidənqurma işlərinin müşahidəçisi və sponsoru olacaq. Sektorun mülki idarəçiliyi orta kursu dəstəkləyən yerli hakimiyyət orqanlarına həvalə olunacaq.

Planın son mərhələsində fələstinlilər sektoru müstəqil şəkildə idarə edə biləcək və İbrahim Sazişlərinin bir hissəsinə çevriləcəklər.

Məqalədə qeyd olunur ki, Qəzza zolağının müxtəlif qitələrdəki bazarlara çıxışa imkan verən nəqliyyat infrastrukturuna malik sənaye istehsalı mərkəzinə çevrilməsi təklif edilir.

Bundan əvvəl “The New York Times” yazıb ki, İsraildə yüksək vəzifəli məmurlar Qəzza zolağına ərəb ölkələri ilə birgə nəzarət imkanlarını müzakirə edirlər.

0.2604660987854