Qızılın qiymətləri bazar ertəsi böyük günlük itki ilə üzləşib.
Qızıl fyuçersləri təqribən 2,5% ucuzlaşaraq 13 iyun 2022-ci ildən bəri ən böyük gündəlik itkisini yaşayıb və bir troy unsiya üçün 2350 dollara enib.
Bu isə qızılın qiymətlərinin 2400 dollardan çox olan tarixi maksimumundan 4% aşağıdır.
Gümüş isə təqribən 5% ucuzlaşaraq bir unsiya üçün 27,50 dollara enib.