Ermənistan küçələrindən şok görüntü - Fotoşop deyil

 

Ermənistan revanşistləri təxribatçı üsullarla baş nazir Nikol Paşinyana təzyiq göstərməyə çalışır.

Ölkə.Az xəbər verir ki, onlar şəhəri göstərən lövhələrə Azərbaycan toponimləri olan vərəqələr yapışdırırlar.

Bununla bildirirlər ki, "Paşinyan hakimiyyətdə qalarsa, Ermənistanı nəyin gözləyəcəyini görün".

Onu da qeyd edək ki, nüfuzlu "Yerevan Today"in keçirdiyi sorğuya əsasən respondentlərin əksəriyyəti Paşinyanın addımlarını haqlı sayır. Söhbət təbii ki, hökumət başçısının Qazaxın kəndləri və delimitasiya ilə bağlı qəbul etdiyi reallıqdır.

Miri

0.27270984649658