Putinin 40 milyardlıq meqalayihəsi: Tapşırıq verildi

 

Rusiya hakimiyyəti Asiyaya xammal ixracını artırmaq üçün irimiqyaslı dəmir yolu meqalayihəsinə başlayır.

Axar.az xəbər verir ki, Rusiya hökumətin mətbuat xidmətinin məlumatına görə, baş nazir Mixail Mişustin BAM (Baykal-Amur magistralı) və Trans-Sibir Dəmir Yollarının - yüklərin Uzaq Şərq limanlarına göndərildiyi əsas dəmir yolu arteriyalarının modernləşdirilməsinin üçüncü mərhələsinin başlanması haqqında sərəncam imzalayıb.

Bildirilib ki, 2035-ci ilə qədər davam edəcək tikintinin dəyəri 3,7 trilyon rubl və ya hazırkı məzənnə ilə təxminən 40 milyard dollar qiymətləndirilir. Layihə prezident Vladimir Putinin tapşırığı ilə həyata keçirilir

0.24295711517334