ABŞ texnologiya şirkəti "NVIDIA" bazar dəyəri kəskin azalıb.
"Ölkə.Az"ın məlumatına görə, ötən cümə günü "NVIDIA"nın bazar dəyəri 10% azalaraq 1,905 trilyon dollara düşüb. Bu enişlə şirkət 212 milyard dollar dəyər itkisi yaşayıb.
Nəticədə, şirkət dünyanın ən dəyərli şirkətləri reytinqində üçüncü yerdən beşinci yerə enib. Siyahıda 2,965 trilyon dollarlıq bazar dəyəri ilə "Microsoft" birinci yerdə, 2,547 trilyon dollarla "Apple" ikinci yerdədir.
Qeyd edək ki, son illərdə süni intellekt sahəsində əldə etdiyi əhəmiyyətli irəliləyişlə diqqətini bu sahəyə yönəldən NVIDIA bir neçə ay ərzində bazar dəyərini əhəmiyyətli dərəcədə artıraraq dünyanın ən dəyərli şirkətlərindən biri olub.
Könül
Ölkə.Az