Gürcüstanın avtomobil bazarında böhran: Azərbaycana təsir edəcək?

 

Gürcüstanın işlənmiş avtomobil bazarı böhran yaşayır.

"Ölkə.az" xəbər verir ki, bu barədə Gürcüstan Avtomobil İdxalçıları Assosiasiyasının rəhbəri Aleksandr Noniadze məlumat verib. O bildirib ki, işlənmiş avtomobillər hətta real maya dəyərindən aşağı qiymətə satılır.

“Keçən ilin yazında bazarda kəsir yarandı ki, bu da inflyasiyaya səbəb oldu. Nəticədə ölkəyə lazım olandan çox avtomobil gətirilib. Bu, öz növbəsində, təəssüf ki, deflyasiyaya gətirib çıxardı”, - Nanaidze deyib.

Xatırladaq ki, bu ilin birinci rübündə Gürcüstana 486,6 milyon dollar dəyərində avtomobil idxal edilib ki, bu da ötən ilin birinci rübü ilə müqayisədə 31,3 faiz azdır. Ekspertin sözlərinə görə, qeyd olunan dövrdə təkrar ixrac 443,8 milyon dollar, yəni ötən ilin birinci rübü ilə müqayisədə 7,8 faiz çox olub.

0.1582088470459