Paşinyana qarşı impiçment o zaman olar ki...  - Saqatelyan açıqladı 

 

Parlamentdə Paşinyana etimadsızlıq prosesi o zaman başlayacaq ki, xalqın iradəsini diktə etmək üçün küçələrə lazımi və yetərli qüvvə çıxıb. 

Ölkə.Az xəbər verir ki, bunu "Daşanaksütun" partiyasının liderlərindən olan və parlamentin müxalifətçi deputatı İşxan Saqatelyan öz Facebook səhifəsində yazıb.

Müxalifətin Paşinyan hakimiyyətinin  impiçment prosesinə başlamaması ilə bağlı  məsələyə aydınlıq gətirən Saqatelyan deyib ki, mübarizənin məntiqi yekunu olaraq parlammentdə impiçment prosesinin başlanması ola bilər. "Lakin biz bu prosesə vaxtından əvvəl başlamaq və zəmanətli uğursuzluğa gətirib çıxarmağı yolverilməz hesab edirik. Biz bu prosesə o zaman başlayacağıq ki, xalqın iradəsini diktə etmək üçün küçəyə yetərincə səviyyədə qüvvə çıxacaq”, - Saqatelyan qeyd edib.

Mürtəza
Ölkə.Az

0.27884292602539