Rusiya qoşunlarına əmr verildi - Mayın 9-dək...

 

Rusiya qoşunlarına mayın 9-dək Donetsk vilayətinin Çasov Yar şəhərini tutmaq əmri verilib.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski "Telegram" səhifəsində yazıb.

O, Ukrayna Silahlı Qüvvələrinin düşmənin irəliləməsinin qarşısını almaq üçün bu istiqamətdə müdafiəni gücləndirdiyini qeyd edib.

Aleksandr Sırski əlavə edib ki, düşmən Severski Donets - Donbass kanalına çatmaq üçün Baxmutun qərbində müdafiəni yarmağa çalışır. Çasov Yar şəhərinin tutulması Rusiyanın Kramatorsk aqlomerasiyasına doğru daha da irəliləməsinə şərait yaradacaq.

Sırskinin sözlərinə görə, bu istiqamətdə Ukrayna qoşunlarının müdafiəsini gücləndirmək üçün xeyli tədbirlər həyata keçirilib. Belə ki, briqadalar döyüş sursatı, pilotsuz uçuş aparatları, elektron döyüş texnikası ilə tam təmin edilib.

0.22766399383545