Fransa ayda çətinliklə 3 min mərmi istehsal edir - General 

 

Fransa hazırda silah ehtiyatına malik olmadığı üçün Ukrayna münaqişəsində iştirak etməyə hazır deyil.

"Ölkə.az" xəbər verir ki, bunu fransız general Kristof Qomar “Boulevard Voltaire” nəşrinə müsahibəsində deyib.

Prezident Emmanuel Makronun Fransa qoşunlarının Ukraynaya mümkün göndərilməsi ilə bağlı bəyanatlarına münasibət bildirən Qomar qeyd edib ki, dövlət başçısı çox danışır, amma az iş görür.

General vurğulayıb ki, ölkənin müdafiəsini gücləndirmək üçün hər hansı addım atılmayıb. Onun sözlərinə görə, 2030-cu ilə qədər hazırlanmış son hərbi proqrama əsasən, orduda tankların və “Rafale” qırıcılarının sayı azalacaq.

General onu da qeyd edib ki, hazırda Fransa ayda çətinliklə 3 min mərmi istehsal edir, baxmayaraq ki, Ukraynada belə bir həcm bir gündə istehlak olunur.

0.2164249420166