Aİ Ermənistan ordusuna dəstək vermək niyyətindədir - Səfir

 

Avropa İttifaqı (Aİ) ölümcül olmayan silahlar məsələsində Ermənistan Respublikasının Silahlı Qüvvələrinə dəstək vermək niyyətindədir.

Demokratikmusavat.com xəbər verir ki, bunu Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos parlamentdə “Ermənistanın Avropaya inteqrasiyası üçün yeni perspektivlər və çağırışlar” mövzusunda parlament dinləmələri zamanı bildirib.

Onun sözlərinə görə, bu, mövcud potensialın gücləndirilməsinə kömək edəcək zəruri dəstəkdən gedir. "Bu, Avropa Sülh Mexanizmi çərçivəsindədir",- Maraqos deyib.

O həmçinin əlavə edib ki, Aİ Cənubi Qafqaz regionunda vəziyyətin sabitləşdirilməsi və nizamlanmasına sadiqdir.

 

 

0.18600296974182