Onlara elmi dərəcə verildi

 

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının iki üzvü fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini uğurla müdafiə ediblər.

Ölkə.Az xəbər verir ki, cari ilin fevral ayının 29-da vəkil Vüsalə Xəqani qızı Muradxanlı “Beynəlxalq hüquq; insan hüquqları” 5603.01 ixtisası üzrə Qlobal təhlükəsizliyin beynəlxalq-hüquqi təminatının aktual problemləri dissertasiya işini, vəkil Hüseyn Vilayət oğlu Əsgərov isə “Mülki proses” 5615.01 ixtisası üzrə Mülki prosesdə nümayəndəlik institutu adlı dissertasiya işini uğurla müdafiə ediblər. Hər iki iddiaçıya Dissertasiya Şurasının qərarı ilə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

Qeyd edək ki, Vüsalə Muradxanlı “Kredo” Vəkil Bürosunun, Hüseyn Əsgərov isə Mingəçevir şəhər Vəkil Bürosunun vəkilləridir.

0.21049404144287