Rusiya ilə NATO toqquşacaq, alman əsgərləri göndəriləcək - Nüfuzlu nəşrdən sensasiya

 

Almaniya Rusiyaya qarşı silahlı münaqişəyə hazırlaşır.

Ölkə.Az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri yazır.

Nəşr belə bir nəticəyə Bundesver məxfi sənədlərinə əsasən gəlib.

"Bildi"in qeyd etdiyi sənədlərdə yer alan məlumata görə, NATO ilə Rusiya arasında münasibətlərin mümkün kəskinləşməsi bu ilin fevralında baş verə bilər.

Bu, Rusiya Prezidenti Vladimir Putinin necə hərəkət edəcəyini və NATO-nun özünü necə müdafiə etməli olacağını addım-addım, aydan-ay təsvir edən təlim ssenarisidir.

Bu Bundesver ssenarisində eskalasiya cəmi bir neçə həftədən sonra başlayacaq. Bundan sonra Almaniya qısa müddətdə on minlərlə alman əsgərini döyüşə göndərilməli olacaq.

Mürtəza
Ölkə.Az

0.17457389831543