Yaponiyada zəlzələ ölənlərin sayı artmaqda davam edir

 

Son günlərdə Yaponiyada baş verən davamlı güclü zəlzələlər nəticəsində ölənlərin sayı artmaqda davam edir. Zəlzələ nəticəsində ölən daha 20 nəfərin cəsədi Yaponiya dənizi sahillərindəki Noto yarımadası yaxınlığında tapılıb. 

Ölkə.Az xəbər verir ki, bu barədə NHK telekanalı İşikava prefekturasının məlumatlarına istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, bununla da qurbanların sayı 180 nəfərə çatıb. 
Zəlzələ nəticəsində ən azı 120 nəfər hələ də itkin sayılır. 28 min sakin təxliyə edilib. Zəlzələlərdən ən çox zərər çəkən İşikava prefekturasında olub, burada 1370 ev tamamilə və ya qismən dağılıb. Yaponiya hökuməti zərərçəkənlərə 32 milyon dollar yardım etməyi planlaşdırır.
Yanvarın 1-dən Yaponiyada 1200-dən çox zəlzələ baş verib. Ən güclü zəlzələnin gücü 7,6 bal olub. Bu, 1885-ci ildən, Yaponiya səlahiyyətliləri statistika aparmağa başlayandan bəri bu bölgə üçün ən güclüsü olub. Seysmoloqların fikrincə, afterşoklar təxminən daha bir həftə davam edəcək.

Mürtəza
Ölkə.Az

0.16513419151306