Yollarda tökülən əşya və mayelərə görə qəza olarsa, maşına dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA

 

Bəzən sürücülər yolda hərəkət edərkən qəflətən yola tökülmüş müxtəlif tərkibli mayelər, maddələr ilə rastlaşır. Nəticədə avtomobil sürüşür və qəza baş verir. Təbii ki, avtomobilə maddi zərər dəyir.

Ölkə.Az xəbər verir ki, bunu vəkil Vamiq Şükürov qeyd edib. O, "zərərə məruz qalan sürücü bunun əvəzini kimdən tələb edə bilər" sualına belə cavab verib.

"İlk növbədə qeyd etmək lazımdır ki, belə hallarda maye və maddələrin töküldüyü yolda işarələr qoyulmalı, lazım gəldikdə isə hərəkət məhdudlaşdırılmalıdır. Əgər yol təsərrüfatını idarə etməli olan orqanın vaxtında bu tədbirləri görməməsi nəticəsində avtomobilə zərər dəyərsə, onda zərərçəkən şəxs həmin orqanı məhkəməyə verib ziyanın əvəzini ondan tələb edə bilər.

İkincisi, həmin mayə və maddələrin yola tökülməsinə səbəb olan sürücülərdən də ziyanın əvəzi tələb edilə bilər".

Billurə

0.18752408027649