Danimarkadan Ukraynaya gözlənilməz sürpriz

 

Danimarka Ukraynaya verəcəyini vəd etdiyi “F-16”ların tədarükünü hələlik dayandırıb.

Ölkə.Az “Haber Global”a istinadla xəbər verir ki, həmçinin təyyarələrin göndərilməsi 6 ay təxirə salınıb.

Xatırladaq ki, Danimarkanın Baş naziri avqust ayında pilotların seçiminin davam etdiyini deyib:

“Təlimlər başlayacaq və yeni ildə Danimarkadan təxminən altı təyyarə olmaqla ilk təyyarə partiyası Ukraynaya yola düşəcək. Ümid edirik ki, gələn il Ukraynaya daha səkkiz, ondan sonrakı il isə daha beş təyyarə göndəriləcək”.

Bundan əlavə Danimarkanın müdafiə naziri oktyabr ayında təyyarələrin 2024-cü ilin aprelinə qədər göndəriləcəyini deyib.

Qeyd edək ki, Danimarka ABŞ istehsalı olan döyüş təyyarələrini Kiyevə çatdırmağı öhdəsinə götürən ilk ölkələrdən biri olub. Hələlik təyyarələri çatdırmaqdan çəkinən Danimarka Ukraynanın müdafiəsinə ən böyük töhfə verən ölkələr sırasındadır.

Günay

0.1859438419342