Bakının tıxaclı yolu üçün unikal TƏKLİF: sürücülər dəstəklədi - VİDEO

 

Bakının Tbilisi prospektindən Əbdülvahab Salamzadə küçəsinə dönmə üçün cəmi bir zolağın ayrılması sürücülərin narazılığa səbəb olub.

Demokratikmusavat.com xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videoda sözügedən halın yolun yüklənməsinə səbəb olduğu iddia edilir.

Bildirilir ki, Tbilisi prospektinin “İst Petrol”a yaxın hissəsində geriyədönmədən sonra Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsinə qədər məsafə kiçik olduğundan, sürücülər bir neçə zolaq sağa keçməli olurlar. Bu da tıxac yaradır:

“Tbilisi prospektindən Ziya Bünyadov prospektinə getmək istəyən sürücülər Əbdülvahab Salamzadə küçəsinə dönmək üçün yalnız sağ zolaqdan istifadə etməlidirlər. Geriyədönmədən sonra məsafə qısa olduğundan sürücülər tıxac yaradaraq ən sağ zolağa keçməyə çalışır. Lakin burada problemin həlli üçün ikinci zolaqdan da istifadə etmək mümkün olar ki bu küçə özü də 3 zolaqlıdır. Bu zaman yola 5.8.1 nişanının qoyulması, yoldakı 1.1 xəttinin ləğv olunması və təhlükəsizlik adacığının qismən geriyə çəkilməsinə ehtiyac var”, - deyə videoda qeyd olunur.

Sosial şəbəkə istifadəçiləri də sözügedən təklifi dəstəkləyiblər.

Görüntüləri qeydə alan sürücü aidiyyəti qurumlara müraciət etsə də, cavab almadığını deyib.

Könül
Ölkə.Az

 

0.17679905891418