Zəlzələ metronun fəaliyyətinə təsir edib? - AÇIQLAMA

 

Paytaxt ərazisində baş vermiş zəlzələ Bakı metropoliteninin fəaliyyətinə təsir göstərməyib.

Bu barədə "Ölkə.Az"a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilir ki, qatarlar normal qrafik üzrə hərəkət edir, qurğu və avadanlıqlar işlək vəziyyətdədir:

"Bakı Metropoliteni" QSC rəhbərliyinin tapşırığına uyğun olaraq, metropoliten infrastrukturuna daxil olan bütün qurğu və avadanlıqlara, xüsusən yerüstü sahələrə, o cümlədən elektrik depolarının infrastrukturuna və yol təsərrüfatlarına növbədənkənar baxış keçirilir", - deyə açıqlamada qeyd olunur.

Könül
Ölkə.Az

0.14888310432434