Azərbaycanda broyler şirkəti 10 milyon manat borc alır

 

“Cəlilabad Broyler” ASC 10 mln manat məbləğində borc alır.

“Ölkə.Az” xəbər verir ki, bununla bağlı ASC-nin 05.01.2024-cü il tarixində keçiriləcək növbədənkənar ümumi yığıncağında müqavilə bağlanacaq.

Borc “Azerbaijan Poultry Company” MMC-dən alınacaq və şirkətlə ilə yetişdirmə sahələrinin, yem zavodunun və avtonəqliyyat vasitələrinin icarəsi müqaviləsi də imzalanacaq.

Ümumi yığıncaqda həmçinin “Cəlilabad Broyler” ASC-nin Müşahidə Şurasının formalaşdırılacaq, sədr və üzvlər təyin ediləcək, ASC-nin hüquqi ünvanının dəyişdirilməsi ilə bağlı qərar qəbul ediləcək.

Könül
Ölkə.Az

 

0.18014097213745