Kreml İrəvanın qərarına üzüldü: Putin istəməzdi

 

Rusiya tərəfi prezident Vladimir Putinin Ermənistan səfərindən heç vaxt imtina etməzdi. 

“Ölkə.Az” xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov deyib.

“Əlbəttə, biz istəməzdik ki, prezident nədənsə ötrü bir gün Ermənistana səfərindən imtina etsin”, - Peskov bildirib.

O eyni zamanda qeyd edib ki, Kreml Ermənistanın Roma Əsasnaməsini ratifikasiya etməsini ikitərəfli münasibətlər baxımından düzgün addım hesab etmir: “Biz hələ də hesab edirik ki, bu, yanlış qərardır”.

Mürtəza
Ölkə.Az

0.21219301223755