Putin terrorda insanlara yardım edən gəncləri mükafatlandırdı

 

Rusiya Prezidenti Vladimir Putin “Crocus City Hall”dakı terrorda insanlara yardım edən gəncləri mükafatlandırıb.

“Ölkə.az” xəbər verir ki, Artem Donskov, İslam Xəlilov və Nikita İvanov “Qurbanların xilasına görə” medalı ilə təltif ediblər.

Onlar “Ekstremal şəraitdə insanların xilas edilməsində cəsarətli və qətiyyətli hərəkətlərə görə” bu mükafata layiq görülüblər.

Xatırladaq ki, martın 22-si axşam saatlarında “Crocus City Hall” binasında terror aktı törədilib. Hadisə nəticəsində 144 nəfər həlak olub, 551 nəfər yaralanıb. Bununla bağlı 10-dan çox şəxs həbs edilib.

Onu da qeyd edək ki, “Crocus City Hall”un qarderobunda işləyən İ.Xəlilov terror aktı zamanı 100-dən çox insanın həyatını xilas edib. Sosial şəbəkələrdə ilk olaraq onun azərbaycanlı olduğu bildirilirdi.

0.23441910743713