Sahibkarların aldadılması dövlətə xəyanətdir
Əlbəttə, Sumqayıtın icra başçısı Zakir Fərəcovun şəhər əhalisini dövlətdən narazı salmasına xidmət edən sayısız bəd əməllərindən söhbət açacağımız yazının sərlövəsindən bəllidir.
Qeyd edək ki, xeyli vaxtdır Sumqayıt şəhərinin icra başçısı vəzifəsində işləyən Zakir Fərəcov istər Abşeronda, istərsə də Sumqayıtda işlədiyi dövrdə özünün hansı mədəniyyətsizliyə, qabalığa, meşşanlığa, dələduzluğa, bir sözlə, rəhbərə çox töhmət gətirən xarakterə malikdir, deyillər. Bunu biz yox, onunla işləyənlər və şəhər əhalisi deyir. Təsadüfi deyil ki, bu adamı Abşeronda və Sumqayıtda hamı dələduz, fırıldaqçı, yalançı, rüşvətxor kimi tanıyır. Ona görə də, bir dəfə Zakir Fərəcovun "dələduzluq toruna" düşən iş adamının çoxu bu adamla təkrar əlaqəyə girmək, iş görmək istəmir...
Zakir Fərəcovun rəhbər şəxsə yaraşmayan, onu nüfuzdan salan, ağsaqqala, nəhayət icra başçısının hərəkətinə qəti uyğun gəlməyən əməlləri hər gün sumqayıtlılar arasında geniş müzakirə olunur. Zakir Fərəcovun tutduğu dələduzluq, rüşvətxorluq kursu tək onun özünə yox, həm də Prezidentin, Müzəffər Ali Baş Komandanın, 30 il düşmən işğalında qalmış torpaqlarımızı azad edən və xalq tərəfindən çox sevilən İlham Əliyevin hakimiyyətinə ləkə salır!..
Fikir verin, Zakir Fərəcovun icra başçısı işlədiyi Sumqayıt şəhərində demək olar ki, elə bir idarə, təşkilat və müəssisə tapmaq mümkün deyil ki, həmin yerdə mənimsəmə cinayəti törədilməsin. Məlum olduğu kimi, Azərbaycan Hesablama Palatasının Sumyatda keçirdiyi yoxlama zamanı ayrı-ayrı dövlət orqanlarında və təşkilatlarda dövlətin milyonlarla pul vəsaitinin mənimsənilməsi faktı aşkar olunub.
Palata yoxlama nəticəsində aşkar olunmuş materiallarda cinayət tərkibi olduğuna şübhələr yarandığına görə, yoxlama materiallarını Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərib.
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Hesablama Palatasının göndərdiyi yoxlama materiallarını araşdırıb, şəhərin mədəniyyət, maarif, səhiyyə və digər dövlət orqanlarında külli miqdarda dövlət vəsaitinin mənimsənilməsinə görə, cinayət işi açılıb. Amma cinayət törətmiş dövlət orqanlarının rəhbərlərinin heç biri və dövlət vəsaitlərinin xərclənməsi işi Zakir Fərəcovun göstərişilə nəzarət həyata keçirən sabiq birinci müavin vəzifəsində işləmiş Gündüz Əliyev barəsində hüquqi tədbir görülməyib. Əhali başa düşür ki, milyonlarla dövlət pulunu mənimsəyən (Əslində Zakir Fərəcovdur) həbsdən kənarda qalan vəzifəli şəxslərin tutulmasına Zakir Fərəcov mane olur. Çünki prosesdə iştirak edən hər kəs yaxşı bilir ki, dövlət pulunu Zakir Fərəcovun icazəsi olmadan, heç kim mənimsəyə bilməz!
Bildirək ki, Zakir Fərəcovun dələduzluq yolu ilə aldatdığı, şəhərdə böyük quruculuq işi görən iş adamlarının milyonlarla ölçülən pulunu vermir. Bəhanəsi də çox müdhişdir. Zakir Fərəcov təzə bir bəhanə tapıb, iş adamlarına deyib ki, bir az dözün, vəziyyət pisdir, Birinci vitse-prezidentin adamlarının məndən xoşu gəlmir. İşdən çıxarsalar, pulunuz batacaq. Zakir Fərəcov deyən yoxdur ki, "Sən adam kimi hərəkət edirsən ki, ölkə rəbərliyinin səndən xoşu gəlsin"?!
İş adamlarının dediyinə görə, Zakir Fərəcov iş adamlarına 10 milyona yaxın pul borcludur, ümumi borcu isə üst-üstə 50 milyondan çoxdur. Deyilənə görə, Zakir Fərəcov hazırda borcluların əlində əsir qalıb.
Zakir Fərəcovu yaxından tanıyanlar bildirirlər ki, Naxçıvan "Xanı" Vasif Talıbovun başına gələnlərdən Zakir Fərəcov da başını itirib. Hətta kömək istədiyi Bəylər Əyyubovdan da rədd cavabı aldığını deyən yaxınları Zakir Fərəcovun çarəsiz duruma düşdüyünü iddia edirlər.
Bəli, atalar yaxşı deyib ki, "su səhəngi suda sınar"! Sumqayıtın icra başçısı törətdiyi rüsvayçı hərəkətlərinə görə, ölkə hakimiyyətinin yanında adi insan qədər belə, hörməti yoxdur, deyillər. Oğlu, kürəkəni, digər yaxınları işlərini itirə-itirə vəzifdən gedirlər, artıq Zakir Fərəcov düzəltdiyi qohum-əqrabadan ibarət komandasını, heç öz ailə üzvlərinin işi barədə heç kimə söz deyə bilmir.
Azərbaycan dövlətinin tarixinə diqqətlə nəzər yetirəndə dövlətin inkişafına və tərəqqisinə mane olan iki düşmən görürük. Xarici və daxili düşmən. Bu iki qüvvə arasında dövlət üçün ən təlükəlisi daxili düşməndir...
Hər kəs bilir ki, daxili düşməni müəyyən etmək, zərərsizləşdirmək o qədər də asan məsələ deyil. Daxili düşməni müəyyən etməyin çətinliyinin əsas səbəbi odur ki, xarici düşmənlərin tərtib etdiyi gizli plan üzrə xalqın dövlətə bəslədiyi inama zərbə vurmaq üçün yaratdığı problemlərdır. Gəlin, müəyyən edək, görək belə bir xəyanəti zakirfərəcov kimilər törədə bilərmi?! Əlbəttə, törədə bilər!!!
Baxın, 500 minə yaxın insanın yaşadığı Abşeron və Sumqayıtda Zakir Fərəcovun ünvanına xoşagəlməz nələr deyilmir?! "Xalqın gözü tərəzidir" - deyənlər bu sözü elə-belə deməyib. "Cidanı çuvalda gizlətməklə" xalqa və dövlətə xəyanət edib, var-dövlət qazanan bir insanın özü, ailə üzvlərinin axıra kimi xoşbəxt olduğunu görmək mümkünmü?!...
Mövzunu davam etdirəcəyik, saytı izləyin.
P. S. Yazı media üzərindən aparılan araşdırma ilə hazırlanıb.
Mirdamət