ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kim və USAİD-in direktoru Samanta Pauer təcili İrəvana səfər ediblər.
ABŞ-nin Ermənistandakı səfirliyinin məlumatında Ağ Evin yüksəkçinli məmurları ABŞ-nin Ermənistanın suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə, demokratiyasına dəstəyini bir daha təsdiqləmək və Qarabağda son hadisələr nəticəsində yaranan humanitar ehtiyacların həlli istiqamətində addımlar atmaq üçün İrəvana səfər etdikləri bildirilir.
Qeyd edilib ki, Birləşmiş Ştatlar Ermənistanın regionda “ləyaqətli və davamlı sülhün” bərqərar olması səylərini dəstəkləməkdə davam edir.
Mürtəza
Ölkə.Az