Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul edirik - İran XİN

 

İran regionda münaqişələrin kəskinləşməsindən narahatdır.

"Ölkə.az" xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani keçirdiyi mətbuat konfransında Azərbaycan Ordusunun qanunsuz silahlı birləşmələrə qarşı başlatdığı antiterror tədbirlərinə münasibət bildərərkən deyib.

O, bütün tərəfləri atəşkəs razılaşmasının müddəalarına əməl etməyə çağıraraq, ölkəsinin mövcud problemlərin danışıqlar yolu ilə aradan qaldırılmasına istəkli olduğunu diqqətə çatdırıb:

“İran Qarabağ”ı Azərbaycan Respublikasının tərkib hissəsi kimi qəbul edir Hesab edir ki, onun məsələləri, o cümlədən, sakinlərinin hüquq və təhlükəsizliyi bu çərçivədə, dialoq yolu ilə həll edilməlidir”, - XİN sözçüsü bildirib.

Kənani region ölkələrinin mübahisələrinin sülh yolu ilə həllinə yardım etməkdə Tehranın maraqlı olduğunu, İranın bununla bağlı 3+3 iclasını keçirməyə hazır olduğunu xatırladıb.

0.22444796562195