İran ABŞ ilə məhbus mübadiləsi aparacaq

 

İranın Cənubi Koreyada dondurulmuş altı milyard dollarlıq aktivləri ölkənin Qətərdəki hesablarına daxil olduqdan sonra ABŞ ilə məhbusları dəyişdirəcək.

"Ölkə.az" xəbər verir ki, yaxın bir-iki gün ərzində ABŞ-nin sanksiyaları nəticəsində Cənubi Koreya banklarındakı hesablarda dondurulmuş vəsait Qətərin iki bankındakı hesablara köçürüləcək.

İran Mərkəzi Bankı vəsaitlərin köçürülməsini təsdiqlədikdən sonra Dohada Tehran və Vaşinqton arasında məhbusların mübadiləsi planlaşdırılır.
İranın BMT-dəki daimi nümayəndəliyi bildirib ki, məhbusları 5-5 formatında mübadilə etmək razılaşdırılıb.

0.18210101127625