ATİAHİ İmişli rayon komitəsinin hesabat-seçki yığıncağı saxta keçib?..- Şikayət

 

Elektron poçtumuza İmişlidən şikayət məktubu daxil olub. Şikayətçi müəllim yazır ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları (ATİAHİ) İmişli RK-nın sədri Əlimirzə Şirinovun rəhbərliyi və təşkilatçılığı ilə 27 mart 2024-cü il tarixdə keçirilmiş hesabat yığıncağı saxta və "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun keçməyib.

ATİAHİ İmişli RK-nın hesabat seçki yığıncağnın keçirilməsi haqqında "Həmkarlar ittifaqları haqqında" Qanuna aid təlimata əməl edilməyib. Hesabat seçki yığıncağında iştirak edən nümayəndələrin əksəriyyəti rayon məktəblərində və digər təhsil müəssisələrində fəaliyyətdə olan ilk təşkilatlatlar tərəfindən seçilməyib.

Hesabat seçki yığıncağında ATİAHİ İmişli RK sədri Əlmirzə Şirinov və təftiş komissiyasının sədri Sərraf Ağayev ötən hesabat seçkidən dövründən keçən vaxt ərzində görülmüş işlər, həyata keçirilmiş layihələr, o cümlədən ittifaq üzvlərinin əmək hüquqlarının müdafiəsi, sağlamlıqlarının qorunması, müalicə və istirahətlərinin təşkili istiqamətdə görülmüş işlər barədə saxta və yalan məlumat veriblər.

Hesabat seçki yığıncağında ATİAHİ RK-nın şöbə müdiri Rəşad müəllim iştirak etmiş və lakin o, hesabat seçki yığıncağının ilk həmkarlar təşkilatlarının iclaslarında seçilmiş nümayəndələrin səlahiyyətini təsdiq edən protokolları yoxlamayıb. Yəni hesabat seçki yığıncağı mövcud təlimata uyğun keçməyib.

Bir sözlə, hesabat seçki yığıncağı elə bayağı və saxta, tənqidsiz şəraitdə keçib ki, sanki ATİAHİ İmişli rayon təşkilatının fəaliyyəti çox şəffaf, hər bir ittifaq üzvü üçün faydalı olub və təşkilatda geniş yer tutan saxtakarlıq halları barədə bir kəlmə də olsun, söz deyilməyib.

Hesabat seçki yığıncağında ATİAHİ İmişli RK-da sədrin geniş vüsət alan rüşvət və korrupsiya şəbəkəsi yaratması haqqında danışılmayıb. ATİAHİ İmişli RK-nın fəaliyyəti "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikası Qanunu ilə tam ziddiyyət təşkil edir. Sədr Əlimirzə Şirinov həmkar üzvlərinin əmək və istirəhət hüququnun qorunması sahəsində heç bir iş görməyib. Sədrin əsas işi hər ay təşkilatın hesabına köçürülən 30 min manat üzvlük haqqının çox hisəsini ATİAHİ RK-nın hesabına köçürmək və yerdə qalan pulu isə özünə yaxın olan müəllimlərə, şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına yardım pulu kimi paylamaqdan və həmin pulun bir hissəsini mənimsəməkdən ibarətdir.

Mart ayında ATİHATİ İmişli RK-nin hesabat yığıncağı keçirilərkən hər iki hesabat iclasda iştirak edən üzvlər tərəfindən qənaətbəxş hesab olunub. Yığıncaqda təşkilatda hökm sürən rüşvət və korrupsiya hallarına heç kim toxunmayıb. Çünki təşkilatın sədri Əlimirzə Şirinov yığıncağa yalnız özünə yaxın adamların iştirakını təmin edib.

ATİHATİ İmişli RK sədri, tabe olduğu yuxarı təşkilat, rayon rəhbərliyi və hüquq-mühafizə orqanları rəhbərlərinin müxtəlif tip tapşırıqlarını dərhal yerinə yetirən və rayonda hər kəsilə dil tapmağı bacaran Əlimirzə Şirinovun qəsdən rayonda süni "yaxşı adam" obrazı yaradılıb. Halbuki onun rəhbərlik etdiyi təşkilat saxtakarlıq, rüşvət və korrupsiya bataqlığında boğulur.

Yığıncaqda açıq səsvermə ilə rayon komitəsinin tərkibi formalaşıb, rəyasət heyətinin və təftiş komissiyasının üzvləri seçilib. Tədbirdə həmçinin ittifaq üzvləri tərəfindən Əlimirzə Şirinov yenidən rayon komitəsinə yenidən sədr seçilib.

Şikayətçi məktubunda qeyd edir ki, ölkə Prezidentinin göstərişilə Azərbaycanda rüşvət və korrupsiyaya qarşı ciddi mübarizə aparıldığı və İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyev həbs olunduğu halda, onunla əlbir olan idarə, müəssisə və təşkilatlarının rəhbərləri, o cümlədən ATİAHİ İmişli RK-nın sədri Əlmirzə Şirinova "gözün üstə qaşın var" - deyən olmayıb...

Şikayətçi: ittifaq üzvü olan müəllim

P. S. ATİAHİ İmişli RK-nın sədr Əlimirzə Şirinovla mobil telefonla əlaqə yaradıb, şikayətə münasibətini öyrənməyə çalışsaq da, mümkün olmadı. Yazıda adı çəkilən şəxslərin mövqeyini dinləməyə hazırıq.

 

0.15207695960999